Ermənistanda “oğru”nun qəbri üstə atışmabackend

Ermənistanda “oğru”nun qəbri üstə atışma

Ermənistanın Ararat şəhərində qətl hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, bu gün axşam saatlarında şəhər qəbiristanlığında, qanuni oğru “Marso” ləqəbli Marzpetuni Petrosyanın qəbrinin üstə 34 yaşlı Armen Ovannisyan güllələnib. Xəstəxanaya çatdırılan Ovannisyan orada keçinib.

Ölən şəxsin də kriminal aləmə yaxın olduğu bildirilir.

Qeyd edək ki, Vətən müharibəsindən sonra Ermənistanda kriminal hesablaşmaların sayı artıb. Vaxtaşırı olaraq silahlı insidentlər baş verir. İrəvanın mərkəzi küçələrində belə halların yaşanması adi hal alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*