Paşinyanın partiyası Ermənistanın ikinci şəhərində seçkilərə fəal şəkildə hazırlaşır.
KONKRET.az xəbər verir ki, bu barədə hakim “Mülki Müqavilə” partiyasından olan deputat Vaaqn Aleksanyan “Facebook” səhifəsində paylaşım edib.
O, Gümrüdə “Mülki müqavilə” partiyasının ərazi təşkilatının təşəbbüs qrupunun iclasında iştirak etdiyini bildirib.
“Biz qarşıdan gələn seçkilərə hazırlığı müzakirə etdik”, – Aleksanyan yazıb.
Xatırladaq ki, Ermənistanın ikinci şəhərinə mer seçkiləri martın 30-da keçiriləcək.
Müşviq Tofiqoğlu
KONKRET.az