Ermənistandan Türkiyə ilə danışıqlarla bağlı diqqətçəkən açıqlamabackend

Ermənistandan Türkiyə ilə danışıqlarla bağlı diqqətçəkən açıqlama

Ermənistan hələlik Türkiyə ilə danışıqlar üzrə yeni xüsusi nümayəndə təyin etməyə tələsmir. Şərqşünas Armen Petrosyan hesab edir ki, buna artıq ciddi ehtiyac qalmayıb.

KONKRET.az xəbər verir ki, ekspert bu fikirləri Ermənistanın Baş naziri Nikol Paşinyanın Ankara ilə gələcək əməkdaşlıq formatının müəyyənləşdirilməsinin vacibliyi barədə açıqlamasını şərh edərkən səsləndirib.

Petrosyan bildirib ki, 2021-ci ildə xüsusi nümayəndələr təyin olunarkən iki ölkə arasında demək olar ki, heç bir təmas yox idi. Hazırda isə həm liderlər, həm də xarici işlər nazirləri səviyyəsində əlaqələr qurulub.

Onun sözlərinə görə, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesi qismən davam etsə də, qismən Ankaranın irəli sürdüyü şərtlər səbəbindən dondurulub.

Ekspert vurğulayıb ki, bu prosesdə əsas amil Bakı olaraq qalır. Onun fikrincə, Türkiyə Ermənistanla dialoqu Ermənistan-Azərbaycan danışıqlarının nəticələri ilə əlaqələndirməyə davam edir. Azərbaycanda qəbul edilən qərarların Ankaranın mövqeyinə ciddi təsir göstərdiyini qeyd edən Petrosyan hesab edir ki, bu səbəbdən Ermənistan-Türkiyə normallaşma danışıqları daha çox texniki xarakter daşıyır.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*