Ermənistanın Rusiyadakı səfiri KTMT-yə üzv ölkələrin səfirlərinin iclasına qatılıbbackend

Ermənistanın Rusiyadakı səfiri KTMT-yə üzv ölkələrin səfirlərinin iclasına qatılıb

KTMT çərçivəsindəki  tədbirlərdə iştirakdan imtina edən Ermənistan, təşkilatı Azərbaycanla müharibədə onlara kömək etməməkdə ittiham edir. Rusiyanın təsirindən çıxa bilməyən İrəvan KTMT-nin növbəti tədbirinə qatılmaq qərarına gəlib.

KONKRET.az xəbər verir ki, noyabrın 13-də Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin səfirləri ilə görüşüb. Tədbirdə KTMT-nin baş katibi İmanqali Tasmaqambetov da iştirak edib. İştirakçılar arasında Ermənistanın Rusiyadakı səfiri Qurgen Arsenyan da olub. Qey olunub ki, KTMT Təhlükəsizlik Şurasının katibləri noyabrın 28-də Astanada bir araya gələcək. Həmin iclasda da Ermənistan nümayəndə heyyətinin iştirakı gözlənilir.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*