Ermənistanın Rusiyaya yolu bağlandıbackend

Ermənistanın Rusiyaya yolu bağlandı

Rusiya-Gürcüstan sərhədindəki “Yuxarı Lars” keçid məntəqəsi bütün növ avtomobillərin hərəkəti üçün bağlıdır.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın Rusiya Federasiyasındakı səfirliyinin gömrük attaşesi Vaan Akopyan “Sputnik Ermənistan”a bildirib.

Daha əvvəl Yuxarı Larsdan yük maşınlarının keçməsi qadağan edilmişdi.

“Hava şəraitinin pisləşməsi ilə əlaqədar avtomobillərin və sərnişinlərin gediş-gəlişi məhdudlaşdırılıb”, – Akopyan deyib.

Xatırladaq ki, “Yuxarı Lars” keçid məntəqəsindən keçən yol hazırda Ermənistanı Rusiya ilə (Gürcüstan ərazisindən) birləşdirən yeganə quru marşrutdur.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*