Ermənistanla Qırğızıstan Göyçə gölü ilə bağlı sənəd imzaladıbackend

Ermənistan və Qırğızıstan Göyçə gölü ilə bağlı sənəd imzaladı

Ermənistan baş naziri Nikol Paşinyan və Qırğızıstan Prezidenti Sadır Japarov arasında görüş zamanı 2027-2028-ci illərdə iki ölkənin mədəniyyət günlərinin təşkili barədə razılıq əldə edilib.

KONKRET.az oxu.az-a istinadən xəbər verir ki, danışıqlar zamanı siyasi dialoqun gücləndirilməsi, ticarət-iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının inkişaf etdirilməsi, eləcə də regional sülh və təhlükəsizlik məsələləri müzakirə edilib.

Ermənistan və Qırğızıstan Göyçə gölü ilə bağlı sənəd imzaladılar - Foto

Müzakirələrin nəticələrindən biri də Ermənistan Ətraf Mühit Nazirliyi və Qırğızıstan Təbii Sərvətlər, Ekologiya və Texniki Nəzarət Nazirliyi arasında Göyçə gölü və İssık-Kul gölünün qorunması sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumunun imzalanması olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*