Əsəd rejiminin devrilməsində xarici maliyyə dəstəyi olubmu? – Şaraadan AÇIQLAMAbackend

Əsəd rejiminin devrilməsində xarici maliyyə dəstəyi olubmu? – Şaraadan AÇIQLAMA

Suriyanın Prezidenti Əhməd əş-Şaraa bildirib ki, Bəşər Əsəd rejiminin devrilməsi xarici maliyyə dəstəyi olmadan, ölkə daxilində planlaşdırılıb və koordinasiya edilib.

KONKRET.az xəbər verir ki, əş-Şaraanın sözlərinə görə, müxalif qüvvələr məhdud imkanlara və blokadaya baxmayaraq, həm hərbi qələbəyə, həm də sonrakı dövlət quruculuğu mərhələsinə hazırlaşırdılar.

Suriya lideri qeyd edib ki, müxalifət yalnız hakimiyyətə qarşı hərbi əməliyyatlar aparmaq deyil, eyni zamanda ölkənin idarə olunması üçün siyasi və institusional hazırlıq görmək məqsədi daşıyıb.

Əhməd əş-Şaraa Əsəd hakimiyyətinin süqutundan sonra Suriyanın yeni mərhələyə qədəm qoyduğunu və əsas vəzifənin ölkədə sabitliyi təmin etmək olduğunu vurğulayıb.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*