Əsgər getməyə hazırlaşanların nəzərinə! – YENİLİK VARbackend

Əsgər getməyə hazırlaşanların nəzərinə! - YENİLİK VAR

Artıq vətəndaşlar hərbi xidmətlə bağlı məlumat və bildirişləri “myGov” platforması üzərindən onlayn əldə edə bilərlər.

KONKRET.az xəbər verir ki, bu imkan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birgə layihəsi nəticəsində yaradılıb.

Məlumata görə, “myGov” üzərindən vətəndaşlar ilkin hərbi qeydiyyat, hərbi həkim komissiyasının qərarları, möhlət hüququ, çağırışdan azadolma, hərbi xidmət haqqında məlumatlar və digər bildirişlərlə tanış ola bilirlər.

İstifadəçilər bu məlumatları “myGov” veb portalı və ya mobil tətbiq vasitəsilə şəxsi kabinetlərindən baxa, sənədləri PDF formatında yükləyə və ya rəqəmsal şəkildə paylaşa bilirlər.

Qurumdan bildirilib ki, bu addım vətəndaş məmnunluğunun artırılmasına, proseslərin şəffaflığının təmininə və Silahlı Qüvvələrin sağlam çağırışçılarla komplektləşdirilməsinin səmərəliliyinə xidmət edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*