Belarusda eşitmə məhdudiyyətli kişilər arasında yunan-Roma və sərbəst güləş üzrə keçirilən Açıq Kubokda Azərbaycan idmançısı Qəmbər Türbətzadə bürünc medal qazanıb.
KONKRET.az xəbər verir ki, 72 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz ilk görüşdə Belarus təmsilçisi Gleb Blajevskini 7:2, ikinci görüşdə isə Rusiya idmançısı Roman Muxanı 9:1 hesabı ilə məğlub edib.
Üçüncü görüşdə qazaxıstanlı Aldiyar Baltaşevə 4:7 hesabı ilə uduzan Qəmbər Türbətzadə son qarşılaşmada həmyerlimiz Namiq Əliyevə 0:4 hesabı ilə məğlub olub.
Bununla da idmançımız yarışı bürünc medalla başa vurub.
