Estoniyada cinayətlərin sayı artıb – Yoxsulluğa görəbackend

Estoniyada cinayətlərin sayı artıb - Yoxsulluğa görə

Estoniyada vətəndaşların sosial-iqtisadi vəziyyətinin pisləşməsi fonunda cinayətlərin artması qeydə alınıb.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin ədliyyə və rəqəmsal texnologiyalar naziri Liisa-Li Pakosta bildirib.

Onun sözlərinə görə, əsasən ərzaq və digər qida məhsullarının oğurluğu qeydə alınıb.

Saxlanılan şəxslər yaşamağa pulları olmadığı üçün belə addım atdıqlarını etiraf ediblər.

Pakosta əlavə edib ki, Estoniyada cinayət nisbəti 10 il ərzində azalıb, lakin sonra yenidən yüksəlməyə başlayıb. Ədliyyə Nazirliyinin məlumatına görə, 2023-cü ildə bu rəqəm təxminən 4% artıb.

Məlik,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*