Etibar Məmmədovun oğlu “SOCAR Türkiyə”də işə düzəlib?backend

Etibar Məmmədovun oğlu "SOCAR Türkiyə"də işə düzəlib?

Sosial şəbəkədə Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) fəxri lideri Etibar Məmmədovun oğlu Orxan Məmmədovun SOCAR Türkiyə şirkətində işə düzəlməsilə bağlı məlumatlar yayılıb.

KONKRET.az xəbər verir ki, yayılan məlumatların doğru olub-olmadığını Etibar Məmmədov açıqlayıb.

Saytımıza açıqlmasında partiya lideri sözügedən məlumatın həqiqət olduğunu təkzib edib.

“Orxanla bağlı deyilənlər həqiqəti əks etdirmir. O “SOCAR Türkiyə”də işləmir”, – E.Məmmədov deyib.

Qeyd edək ki, Etibar Məmmədovun iki oğlu, bir qızı var. Onun böyük oğlu Orxan Məmmədovun uzun müddətdir biznes sahəsində fəaliyyət göstərdiyi bildirilir.

Partiya liderinin kiçik oğlu Ayxan Məmmədov AMİP gənclər təşkilatının sədridir. (Modern.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*