Bezpalko: “Zəngəzur dəhlizi açılacaq, Naxçıvan və Azərbaycan Türkiyə ilə birləşəcək”backend

Bezpalko: “Zəngəzur dəhlizi açılacaq, Naxçıvan və Azərbaycan Türkiyə ilə birləşəcək”

“ABŞ Ermənistana ona görə dəstək verir ki, İrəvan getdikcə Rusiyadan uzaqlaşsın. Hesab edirəm ki, Birləşmiş Ştatlar məqsədinə çatır”.

KONKRET.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq Boqdan Bezpalko deyib.

“Amerika rəhbərliyi şübhəsiz ki, bu siyasəti dəstəkləməklə hələ ki hədəflərinə çatır. Ona görə də dəstək siyasətinin davam etməsi gözləniləndir. İstər Ermənistanda, istərsə də keçmiş Sovet İttifaqının başqa respublikalarında istənilən müstəqil davranış, bir qayda olaraq, sənayesizləşməni, əhalinin boşalmasını təklif edir və hərbi münaqişələrlə nəticələnir. Bu, həmin respublikalar Rusiyadan uzaqlaşanda baş verir”, – Bezpalko bildirib.

“Düşünürəm ki, bu tendensiyalar davam edərsə, Ermənistan daha çox ərazi itkiləri ilə üzləşəcək, cənubda ərazi itirəcək. Beləliklə, Zəngəzur dəhlizi açılacaq, Naxçıvan və Azərbaycan Türkiyə ilə birləşəcək. Qərb Türkiyə vasitəsilə Xəzər dənizinə çıxış əldə edəcək. Bu, daha çox Ermənistanın deyil, İran, Çin və Rusiyanın maraqlarını təhdid edəcək. İnanıram ki, əsas məqsəd budur. Ermənistan burada sadəcə sövdələşmə vasitəsidir”, – Bezpalko qeyd edib.

Politoloqun fikrincə, onu ən çox çaşdıran məsələ Ermənistanın baş naziri Nikol Paşinyanın cəmiyyəti 1915-ci il “erməni soyqırımı”nı unutmağa çağırmasıdır.

“Paşinyanın 1915-ci il “erməni soyqırımı”nı unutmaq çağırışı məni çox çaşdırdı. Bu, erməni kimliyinin bir hissəsidir və bir erməninin belə çağırışı başa düşülən deyil”, – deyə Bezpalko fikrini yekunlaşdırıb.

Natiq Səlim,

KONKRET.az

  • Nazim
    May 1, 2024 - 21:52

    Bu alçağın fikirlərini niyə yayırsız?Ruslar da erməni genosidi təbliğ etməklə Türkiyə və Azərbaycana təzyiq edir.Ruslar istəmir ki,cənubi Qafqazda sabitlik olsun,çünki bu yolla qafqazı nəzarətində saxlayır.Adama deyərlər köpəkoğlu sənə dəxli var Paşinyan genosid ideologiyasını aradan qaldırmaq istəyir?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*