Bakıda qarajda yanğın oldu – Ölən varbackend

Bakıda qarajda yanğın oldu - Ölən var

Bakıda qarajda yanğın olub.

KONKRET.az xəbər verir ki, bu haqda Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Səbail rayonunda ümumi sahəsi 160 m² (hər mərtəbəsi 80 m²) olan ikimərtəbəli 5 otaq və qarajdan ibarət evin 1-ci mərtəbəsində yerləşən qarajın yanar konstruksiyaları 20 m² sahədə və 2-ci mərtəbəsində bir otağın döşəməsi 2 m² sahədə yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*