Ev almaq, yoxsa kirayədə qalmaq? – Bakıda bahalaşan mənzil bazarı ailələri çətin seçim qarşısında qoyurbackend

Ev almaq, yoxsa kirayədə qalmaq? – Bakıda bahalaşan mənzil bazarı ailələri çətin seçim qarşısında qoyur

Bakıda mənzil qiymətlərinin durmadan artması və ipoteka kreditlərinin uzunmüddətli maliyyə yükünə çevrilməsi fonunda minlərlə ailə çətin seçim qarşısında qalıb. Bəziləri 20-30 il banka borclanaraq öz evinə sahib olmağı üstün tutur, digərləri isə kirayədə yaşayıb topladıqları vəsaiti biznesə, təhsilə və ya başqa investisiyalara yönəltməyin daha sərfəli olduğunu düşünür. Görəsən, indiki iqtisadi şəraitdə hansı seçim daha məntiqlidir?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, bu suala birmənalı cavab vermək mümkün deyil:

Əməkhaqqının artırılması özəl sektoru da təşviq edir” - Xalid Kərimli

“Hər iki seçim mümkündür və vətəndaş öz maliyyə vəziyyətinə, həyat tərzinə uyğun qərar verməlidir. Uzunmüddətli dövrdə mənzil qiymətləri də, faiz dərəcələri də dəyişə bilər. 20-30 il sonrakı iqtisadi vəziyyəti indidən dəqiq proqnozlaşdırmaq qeyri-mümkündür”.

İqtisadçının sözlərinə görə, məsələ yalnız maliyyə hesablamaları ilə məhdudlaşmır.

“Ev sahibi olmaq insanların emosional təhlükəsizlik hissi ilə də bağlıdır.

Vətəndaşlar çalışırlar ki, heç olmasa bir şəxsi evləri olsun. Bu, təkcə investisiya deyil, həm də psixoloji rahatlıq məsələsidir.

Bəzi hallarda kirayədə qalaraq vəsaiti başqa sahələrə yatırmaq daha gəlirli görünə bilər. Lakin uzun illər kirayə ödəmək də müəyyən risklər və qeyri-müəyyənlik yaradır. Buna görə də seçim şəxsin gəlir səviyyəsi, ailə planları və gələcəyə baxışından asılı olaraq dəyişir”.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*