Evdən 1 milyon manatlıq qızıl oğurlandı – Bakıdakı soyğunun TƏFƏRRÜATLARIbackend

Evdən 1 milyon manatlıq qızıl oğurlandı - Bakıdakı soyğunun TƏFƏRRÜATLARI

Bakıda evdən 1 milyonluq qızılı oğurlanan şəxsin kimliyi aşkarlanıb.

KONKRET.az hüquq-mühafizə orqanlarına istinadən xəbər verir ki, bu, paytaxt sakini Zülfiyyə Əliyevadır.

O, banklardan birində hüquqşünas vəzifəsində çalışır.

Z.Əliyevanın keçmiş həyat yoldaşı tikinti şirkətlərindən birinin rəhbəri olub.

Məlumata görə, qızılları 2 nəfər oğurlayıb. Onlar ev sahibinin tanışları olublar və qadının evdə olmayacağı vaxtı planlaşdıraraq mənzilə daxil olublar. Evdə heç bir dağıntı törətmədən birbaşa seyfi xüsusi aparatla kəsərək içindən qızılları aparıblar.

Daha sonra qızılları 75 min dollara satıblar.

Bir milyon manatlıq qızıl-zinət əşyalarının içində qızıl sikkə, qara brilliant və medalyonlar olub.

Cinayəti törətməkdə şübhəli bilinənlərdən biri – 25 yaşlı Tural Rəhimli saxlanılıb.

Onun ortağı olmaqda şübhəli bilinən 40 yaşlı Əkbər Salmanov isə hələ ki, istintaqdan gizlənməyi bacarıb.

Faktla bağlı istintaq davam etdirilir.

***

12:45
Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə avqustun 4-də rayon ərazisindəki mənzillərin birindən seyfi kəsməklə içərisində olan 1.000.000 manat dəyərində qızıl-zinət əşyalarını oğurlanması barədə müraciət daxil olub.

KONKRET.az-a Daxili İşlər Nazirliyindən verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən ev sahibinin tanışı, Bakı şəhər sakini T.Rəhimli qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Ətrafında aparılmış tədbirlərlə onun qeyd edilən qızıl-zinət əşyalarını 75.000 ABŞ dollarına Göyçay rayon sakini Ə.Salmanova satması müəyyən edilib.

Davam etdirilən tədbirlərlə Ə.Salmanov da polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*