F-35 qırıcılarının tədricən təhvil veriləcəyinə ümid edirik – Ərdoğanbackend

F-35 qırıcılarının tədricən təhvil veriləcəyinə ümid edirik – Ərdoğan

Türkiyə Trampın prezidentliyi dövründə F-35 qırıcılarının tədricən təhvil veriləcəyinə ümid edir.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən jurnalistlərə açıqlamasında deyib.

“F-35-lər bizə ilk növbədə öz təhlükəsizliyimiz üçün lazımdır. Bu məsələ bizim üçün təkcə hərbi texnologiya əldə etmək məsələsi deyil, eyni zamanda xüsusilə NATO kimi beynəlxalq platformalarda möhkəm tərəfdaşlıq məsələsidir. Bu mövzunu öz aramızda müzakirə etdik və prosesi izləyirik. Hesab edirəm ki, cənab Tramp bizim əldə etdiyimiz razılaşmalara sadiq qalacaq. Düşünürəm ki, onun prezidentlik müddətində F-35-lərin Türkiyəyə tədricən təhvil verilməsi baş tutacaq”, – deyə Ərdoğan bildirib.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*