Qərbdə, bəzən də digər xristian ölkələrində insanlar iranlıları (yəni farsları) ərəblərlə eyniləşdirirlər. Səbəb isə hər iki ölkənin əsas əhalisinin islam dininə sitayiş etməsidir. Halbuki onlar tamam başqa millətlərdir.
KONKRET.az iki xalq arasında böyük fərqləri təqdim edir.
Farslarla ərəblərin əsas fərqi onların etnik mənşəyidir. Əfqanlar, hindlilər və taciklərlə yanaşı, iranlılar da hind-arilərin nəslindəndirlər. Bu o deməkdir ki, farslar Hind-Avropa xalqlarından biri sayılır. Slavyanlar, almanlar, roman xalqları uzaqdan da olsa, onların qohumlarıdır.
Halbuki ərəblər Şimali Afrikadan Yaxın Şərqə köçmüş semit xalqlarının ən böyük müasir nümayəndələridir. Buna görə də ərəb və fars dilləri bir-biri ilə qətiyyən uyğun gəlmir.
İranlılar özlərini Əhəmənilər dövrünün xalqı hesab edir. Baxmayaraq ki, 2,5 min ildən çox olan tarixləri ərzində daha kiçik xalqlar farsların içində əriyib, həmçinin müxtəlif mənşəli köçərilərlə – skiflərdən tutmuş türklərə qədər fəal şəkildə qarşılıqlı ünsiyyətdə olublar.
Halbuki ərəblər Ərəb xilafəti dövründə müxtəlif semit və qeyri-semit etnik qrupları assimilyasiya etmiş sintetik millətdir. Buna görə də bir çox müasir Yaxın Şərq ölkələrinin sakinləri yalnız dildə ərəbdirlər. Tarixən Yəməndə əsl ərəblər yaşayıblar və bu baxımdan hətta səudiyyəlilər də əsl ərəb sayılmırlar. Çünki ərəb olmayan bir çox semit qəbilələri onların tərkibində birləşib.
Digər qlobal fərq dini təriqətlərdədir. Ərəblər əsasən islam dininin sünni inancına etiqad edirlər. Böyük ərəb ölkələrinin heç birində şiələr çoxluq təşkil etmir. Halbuki farslar şiə təriqətinin tərəfdarıdırlar, çünki öz ölkələrində bu təriqət yarım min ildən çox əvvəl dövlət dini kimi tanınıb.
İslam ərəblər üçün “doğma” dindir. Buna görə də İslam və ərəb xalq adətləri bir-birinə möhkəm bağlıdır. İranlılar arasında zəngin zərdüştilik irsi qorunub saxlanılır. Bunun bariz nümunəsi iranlıların Zərdüştlərin yeni ili olan Novruzu qeyd etməsidir. İndi də müasir İranda xeyli sayda atəşpərəstlərə rast gəlmək olur. Baxmayaraq ki, ərəbləşmiş əhalinin müəyyən hissəsi xristianlığa və digər qədim dinlərə sadiqdir.
Dünyada çoxlu sayda ərəb ölkələri var və ərəblər özləri bir-biri ilə dost və ya düşmən ola biləcək xalqlara, qəbilələrə bölünüblər. Bir neçə ərəb, ortaq dinlərinə görə farslarla mənəvi yaxınlıq yaşayır. İranlılar ölkələrinin etnik müxtəlifliyinə baxmayaraq, çox birləşmiş xalqdırlar.
Bu ölkəni qırx ildir ayətullahların dini liderləri idarə etsə də, xalq kifayət qədər Qərbyönümlüdür. Farslar rəsmi şəkildə islamın sərt qaydalarına əməl etsələr də, orta statistik iranlı buna o qədər də həvəsli deyil. Farslar şəxsi azadlığa daha çox üstünlük verir, Avropa musiqisini sevir. Halbuki əksər ərəb ölkələrinin sakinləri kifayət qədər dindar və mühafizəkardır.
Hazırladı: Sevinc Paşayeva,
KONKRET.az
P.S. Ümumiyyətlə, bir çox mənbələrdə farslarla ərəblərin müqayisəsi düzgün və məntiqəuyğun hesab edilmir. Çünki hər iki xalq mənşəcə, bir-birindən son dərəcə uzaq, tamamilə fərqli xalqlardır. Ümumiyyətlə, bunlar müxtəlif irqlərdir və iki xalq arasında dərin ədavət var. Hər iki xalq arasında xarici oxşarlıqlar da uyğun gəlmir.
FARSLAR BÖYÜK İSGƏNDƏR DÖVRÜNDƏ KİŞİLƏRİ ARVAD KİMİ EVLƏNDİRƏN MİLLƏT KİMİ TARİXƏ DAXİL OLDULAR…ƏRƏBLƏR İSƏ İSLAMA QƏDƏR FARSLARDAN GERİ QALMIRDILAR…HƏR İKİSİ TÜRKÜN DÜŞMƏNİ KİMİ BOYUNLARINA TARİXİ BİR ŞƏRƏFSİZ MİSSİYA GÖTÜRƏRƏK PEYĞƏMBƏR ƏFƏNDİMİZİN (S.A.V) BÜTÜN NƏSİHƏTLƏRİNİ ÇEYNƏYƏRƏK – ÇÜRÜDƏRƏK MÜASİR TARİXİMİZƏ ƏN ALÇAQ VƏ XAİN MƏXLUQLAR KİMİ SİRAYƏT ETDİLƏR!!!!!
Sizin şərhləriniz çox maraqlı olur. Təşəkkür edirik!