Fatimənin məzun xalatı və papağı hadisə yerində qalıb… – VİDEObackend

Fatimənin məzun xalatı və papağı hadisə yerində qalıb… – VİDEO

Ukraynanın Xarkov şəhərinə Rusiyanın endirdiyi zərbələr nəticəsində azərbaycanlı Fatimə Hüseynovanın həlak olması barədə xəbər vermişdik.

KONKRET.az bildirir ki, “Qafqazinfo”nun məlumatına görə, 23 yaşlı Fatimə Xarkov Milli Tibb Universitetinin 6-cı kurs tələbəsi imiş. O, iyunun 30-u keçiriləcək diplom təqdimetmə mərasimində iştirak etmək üçün Azərbaycandan Xarkova gedibmiş.

Hadisə Fatimə rəfiqəsi ilə birgə məzun fotosessiyasına gedərkən baş verib. Raket zərbəsi zamanı onun rəfiqəsi Ada ağır xəsarətlər alıb və hazırda xəstəxanadadır.

Qeyd edək ki, Fatimənin fotosessiyada geyinmək üçün özü ilə apardığı məzun xalatı və papağı hadisə yerində – onun nəşinin yanında tapılıb.

734023084 1588020993334674 5774800618212737632 n

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*