Məhşur pambıqçı, Sosialist Əməyi qəhrəmanı Fatma Hüseynova vəfat edib
KONKRET.az xəbər verir ki, bu gün səhər saatlarında məhşur pambıq ustası, Sosialist əməyi qəhrəmanı Azərbaycan SSR Ali Sovetinin (IX çağırış, XI çağırış), SSRİ Ali Sovetinin (X çağırış) deputatı olmuş Fatma Rza qızı Abdullayeva vəfat edib
Qeyd edək ki, o, 2002-ci ildə iqtisadiyyat və dövlət idarəçiliyi sahələrində böyük xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb
2017-ci ildə Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətlərinə görə 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif olunub.