Yanvarın 2-də dünyasını dəyişən Ferdi Tayfurun vəsiyyəti bu həftə açıqlanıb.
KONKRET.az xəbər verir ki, Arabesk musiqisinin ustadı Ferdi Tayfur 79 yaşında çoxsaylı orqan çatışmazlığı səbəbindən dünyasını dəyişib. Tayfurdan sonra ən çox danışılan mövzulardan biri də onun qoyub getdiyi miras olub.
Sənətçinin keçmişdə fikir ayrılığı olan qızı Tuğçe Tayfur və oğlu Timur Turanbayburta miras qoymadığı diqqəti çəksə də, böyrəyini bağışlayan oğlunu mirasdan çıxarmasının səbəbi də məlum olub. Tuğçe Tayfur və oğlu Timur Turanbayburtun sözügedən malların bölgüsündə yer almaması diqqət çəkib.
Övladları bu qərarı tanımadıqlarını və məsələ ilə bağlı qanuni tədbir görəcəklərini bildirib. Ferdi Tayfurun böyrəyini ona bağışlayan oğlu Timur Turanbayburtu niyə vəsiyyətinə daxil etmədiyi də ortaya çıxıb.
Lakin ortaya çıxan yeni paylaşımlar Tayfurun ölümündən əvvəl iki şəxsin yenidən ciddi mübahisə etdiyini üzə çıxarıb. Jurnalist Onur Akçay Ferdi Tayfurun oğlu Turanbayburtun ölümündən əvvəl sosial şəbəkədə paylaşdığı paylaşımları açıqlayıb.
Timur Turanbayburtun atası sağ ikən sosial şəbəkədəki paylaşımında işlətdiyi sərt ifadələr də üzə çıxıb. Ata və oğulun niyə mübahisə etdiyi məlum olmasa da, Turanbayburtun “Mənə böyrəyini geri ver… Tatlıses səndən daha dürüstdür… Hər gün dializdə idin…” deməsi müzakirələrə səbəb olub.//yenisabah