Fərəc Quliyevin səs yazısı yayıldı – “Baxın görün, bizi Milli Məclisdə kimlər təmsil edir”backend

Fərəc Quliyevin səs yazısı yayıldı - "Baxın görün, bizi Milli Məclisdə kimlər təmsil edir"

Tanınmış bloqer Mehman Hüseynov özünün facebook səhifəsində deputatlığa namizəd Fərəc Quliyevin səs yazısını yayıb.

KONKRET.az xəbər verir ki, 31 saylı Suraxanı seçki dairəsindən deputatlığa namizəd Fərəc Quliyev rəqiblərindən biri, bloqer Mehman Hüseynodan dəstək istəyib.

F.Quliyev M.Hüseynova “Mənə dəstək ver, qarşılığında isə sənə maddi kömək edim. Bu, 10-15 min manat da ola bilər”, – deyib. M.Hüseynov isə bundan imtina imtina edib və səs yazısını yayıb.

Mehman Hüseynov statusunda bunları yazıb:

“MSK dərhal bu adamın namizədliyini ləğv etməlidir! MSK bu biabırçılığa göz yuma bilməz! Şəffaf seçkilər belə olur?

Buyurun. Gecə vaxtı rahat oturub baxın, dincəlin. Şoka düşəcəksiniz. Görün kimlərin əlində qalmışıq. Azərbaycanda ilk dəfə. Saxta deputatı bax belə ifşa edirik. PARLAMENT SEÇKİLƏRİ 2020. Məni susdurmaq üçün RÜŞVƏT, VƏZİFƏ təklif edən deputat. Ə niyə utanıb ölmürsən ə?

Diqqətlə baxın və paylaşın hər yerdə!!!!

10 il saxta yollar ilə Milli Məclisdə oturub və 10 il ərzində Qaraçuxur-Yeni Günəşli camaatına heç bir iş görməyən, heç kimin tanımadığı deputat Fərəc Quliyevi tanıyın! Bu adam seçkilərdən qorxur, seçkilərdə uduzur! Bəs bu adam parlamentə necə düşür, ay camaat?

Baxın bu adam mənə nələr təklif edir, nələr vəd edir ki, mən öz namizədliyimi geri çəkim! Amma ay Fərəc, səndən fərqli olaraq mən seçicilərimə hörmətlə yanaşıram! Və bir şeyi başa düş ki, bu xalqın səsi alver predmeti deyil! Bu xalqın səsi satılmır! Sənin nə vəzifən nə pulun nə özün mənə lazım deyilsən!

Baxın görün, bizləri Milli Məclisdə kimlər təmsil edir. Bu adam Qaraçuxur – Yeni Günəşlidən deputat olmağa layiq deyil!

Fərəc Quliyev, sən və ətrafın mənim doğmalarıma ilişdi, doğmalarıma dil uzatdı! Mənə qarşı mundar kampaniya başladı! Mən valideynlərimdən utanmıram, əməllərimdən utanmıram! Mən bir şeydən utanıram ki, sənin kimi deputat bu xalqı təmsil edir”.

SAXTA deputatın ƏSL üzü (PAYLAŞ)

MSK dərhal bu adamın namizədliyini ləğv etməlidir! MSK bu biabırçılığa göz yuma bilməz!🇦🇿 Şəffaf seçkilər belə olur?☑️Buyurun. Gecə vaxtı rahat oturub baxın, dincəlin✅ Şoka düşəcəksiniz. Görün kimlərin əlində qalmışıq❌ Azərbaycanda ilk dəfə. Saxta deputatı bax belə ifşa edirik. PARLAMENT SEÇKİLƏRİ 2020 😁 Məni susdurmaq üçün RÜŞVƏT, VƏZİFƏ təklif edən deputat. Ə niyə utanıb ölmürsən ə? ☑️Diqqətlə baxın və paylaşın hər yerdə!!!! 10 il saxta yollar ilə Milli Məclisdə oturub və 10 il ərzində Qaraçuxur-Yeni Günəşli camaatına heç bir iş görməyən, heç kimin tanımadığı deputat Fərəc Quliyevi tanıyın! Bu adam seçkilərdən qorxur, seçkilərdə uduzur! Bəs bu adam parlamentə necə düşür ay camaat?Baxın bu adam mənə nələr təklif edir, nələr vəd edir ki, mən öz namizədliyimi geri çəkim! Amma ay Fərəc səndən fərqli olaraq mən seçicilərimə hörmətlə yanaşıram! Və bir şeyi başa düş ki, bu xalqın səsi alver predmeti deyil! Bu xalqın səsi satılmır! Sənin nə vəzifən nə pulun nə özün mənə lazım deyilsən!Baxın görün bizləri Milli Məclisdə kimlər təmsil edir. Bu adam Qaraçuxur-Yeni Günəşlidən deputat olmağa layiq deyil! Fərəc Quliyev, sən və ətrafın mənim doğmalarıma ilişdi, doğmalarıma dil uzatdı! Mənə qarşı mundar kampaniya başladı! Mən valideynlərimdən utanmıram, əməllərimdən utanmıram! Mən bir şeydən utanıram ki sənin kimi deputat bu xalqı təmsil edir….

Gepostet von Mehman Huseynov am Samstag, 1. Februar 2020

“Mehman Hüseynova etdiyim təkliflər qüvvəsindədir” — Fərəc Quliyevdən SENSASİON AÇIQLAMA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*