Fərhad Xəlilovdan Prezidentə: “Sizin əsas müttəfiqiniz odur…”backend

Fərhad Xəlilovdan Prezidentə: “Sizin əsas müttəfiqiniz odur…”

“44 günlük müharibədə qazanılmış Zəfər və Sizin müsahibələr dünyaya göstərdi ki, Azərbaycan nədir, Azərbaycan kimdir”.

KONKRET.az xəbər verir ki, bu sözləri Xalq rəssamı Fərhad Xəlilov Prezident İlham Əliyevlə söhbətində deyib.

“Doğrudan da bu, ağıla sığmayan bir məsələdir. Doğrudan da Sizin təcrübəniz təbiətdən gələn bir keyfiyyətdir. Əlbəttə, bu yolu bizim Ulu Öndərimiz, dahi siyasi xadimimiz açdı. O, hər zaman – lap gənc vaxtınızdan Sizinlə məşğul olurdu.

Sizin şəxsiyyətinizə olan məhəbbətim hədsizdir. Ona görə də mən Sizə cansağlığı arzu edirəm. Siz çox gözəl görünürsünüz. Əsas müttəfiqiniz Mehriban xanımdır. Sizin bir yerdə olmağınız, bir-birinizi tamamlayan bu tandem doğrudan da təbiətdən gələn bir məsələdir. Sizə, gözəl övladlarınıza cansağlığı arzulayıram.

Biz Leyla xanımla Aşqabadda idik. O, doğrudan da çox gözəl əsərlər yaradır. Leyla xanım orada çıxış etdi, məhəbbət haqqında, sevgi haqqında çox gözəl, sadə danışdı. Fantastik danışdı! Əsərlərini də göstərdi. Arzu xanıma, Heydərə cansağlığı, uğurlar. Mən çox şadam ki, sizi belə gümrah, belə yaxşı formada görürəm”, – F.Xəlilov qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*