Filippində 7,8 ballıq zəlzələ: ölənlər varbackend

Filippində 7,8 ballıq zəlzələ: ölənlər var

Filippinin cənubunda baş verən 7,8 bal gücündə zəlzələ nəticəsində üç nəfər ölüb, dörd şəxs yaralanıb.

KONKRET.az “Report”a istinadən bildirir ki, bu barədə Filippin Milli Polisi məlumat verib.

Qeyd olunub ki, Mindanaonun şimal və mərkəzi hissəsində məktəblər, xəstəxanalar və evlər də daxil olmaqla, ümumilikdə 37 binaya ziyan dəyib.

“Təsirə məruz qalan ərazilərdə polis yardım göstərmək üçün səfərbər edilib və ziyanın qiymətləndirilməsi davam edir”, – deyə açıqlamada bildirilir.

Filippin Prezidenti Ferdinand Markos, cənub sahillərində zəlzələnin baş verdiyi Mindanao adasının bir neçə bölgəsində məktəblərdə dərslərin dayandırılmasını əmr edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*