Filippində baş verən tayfun qasırğası zamanı 28 nəfər ölüb, 12 nəfər itkin düşüb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, ölənlərin hansı səbəbdən həyatını itirdiyi məlum deyil. Güman olunur ki, onlar təbii fəlakət zamanı boğulma, elektrik vurması və ağac aşması nəticəsində dünyasını dəyişiblər.
Hadisə zamanı 50-ə yaxın ev dağılıb, hava, quru və dəniz nəqliyyatı təxirə salınıb.
Rəsmilərin sözlərinə görə, təxminən 185 nəfər qasırğadan zərər çəkib. Cümə günündən sığınacaqlara yerləşdirilənlərin sayı 43 minə çatıb.
Hazırkı tayfun bu il ölkədə baş verən yeddinci böyük fırtınadır.
Hazırladı: Günel MUSEYİB