Firuzə İbadova yataqdan qalxa bilmir – VİDEObackend

Firuzə İbadova yataqdan qalxa bilmir - VİDEO

Əməkdar artist Firuzə İbadovanın səhhətində ciddi problem yaranıb.

KONKRET.az xəbər verir ki, bu barədə müğənni İzzət Bağırov sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, sənətçi iki böyük əməliyyat keçirib və artıq iki aydır yataq xəstəsidir: “Hazırda bizim böyük sənətkarımız, Əməkdar artist Firuzə İbadovanın evindəyəm. İki aydan çoxdur ki, Firuzə xanım çox ciddi bir əməliyyat keçirib. Artıq iki əməliyyat keçirib, üçüncüyə hazırlaşır.

Mən çox istəyərdim ki, sənət yoldaşlarımız – bütün gün toylarda olanlar, hansı ki, Firuzə xanımı həmişə görəndə görüşüb-öpüşənlər… Bax gəlin də bura. Gəlin Firuzə xanıma baş çəkək. Hamımızın iş-gücü var, hamımız harasa qaçırıq, amma mənə elə gəlir ki, Firuzə xanımın yanında olmaq bizim borcumuzdur. Hamımızın borcudur.

Bütün günü ana-bala burada tək olurlar. Mən istəyərdim ki, tək olmasınlar. Gələk, gedək, baş çəkək, yanında olaq. Xəstə nə xoşlayır? Xəstə ziyarəti sevir. Xəstənin gözü həmişə qapıda olur. Əzizlərini, doğmalarını gözləyir. Mən belə düşünürəm ki, gəlsəniz, yaxşı olar. Mənim əziz sənət yoldaşlarım, gəlin buraya”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*