Fitsodan Ukraynaya və Rusiyaya ilə bağlı TƏKLİFbackend

Fitsodan Ukraynaya və Rusiyaya ilə bağlı TƏKLİF

Slovakiyanın baş naziri Robert Fitso Alyaskada Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında keçirilən görüşün iki ölkə arasında münasibətlərin normallaşması prosesini başladığını bildirib.

KONKRET.az xəbər verir ki, onun sözlərinə görə, Ukraynada müharibə başa çatdıqdan sonra təhlükəsizlik zəmanətləri yalnız Kiyevə deyil, eyni zamanda Moskvaya da təqdim edilməlidir.

Fitso qeyd edib ki, sammitdə bir neçə vacib məqsədə nail olunub. Ən əsası isə ABŞ-ın sabiq prezidenti Co Bayden administrasiyası və Aİ tərəfindən dəstəklənən “qarа-ağ yanaşma”nın rədd edilməsidir.

“Qarşıdakı bir neçə gün göstərəcək ki, Aİ-də böyük oyunçular bu prosesi dəstəkləyəcəkmi və Ukrayna münaqişəsi həllə qovuşacaqmı”, – deyə Slovakiya baş naziri əlavə edib.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*