Gələn mövsümdən etibarən Formula 1 üzrə dünya çempionatında yarışların məsafəsi 15 kilometr qısaldılacaq.
KONKRET.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Avtomobil Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Yeni qaydalara əsasən, pilotlar əvvəlki 305 kilometr əvəzinə 290 kilometr məsafə qət edəcəklər.
Bu dəyişiklik yarışların iki-üç dövrə qısalmasına səbəb olacaq.
Bundan əlavə, yarışın ümumi müddətinə tətbiq olunan üç saatlıq məhdudiyyət ləğv ediləcək.
Bununla belə, yarışın startdan etibarən iki saatdan çox davam etməsinə icazə verilməyəcək.
