Fransa ordusunda irqçilik qalmaqalı – əsgərlərin gizli fotoları üzə çıxdı-Fotobackend

Fransa ordusunda irqçilik qalmaqalı – əsgərlərin gizli fotoları üzə çıxdı-Foto

Fransa hərbçilərinin keçmiş Rodeziyanın bayrağı ilə çəkilmiş fotolarının yayılması ölkənin Müdafiə Nazirliyini hərəkətə keçirib. Şəkillərdəki hərbçilərin şəxsiyyətləri müəyyənləşdirilib və barələrində intizam proseduru başladılıb.

KONKRET.az xəbər verir ki, qalmaqallı görüntüləri avqustun 23-də Fransanın “Mediapart” nəşri apardığı araşdırma çərçivəsində yayımlayıb.

Birinci foto Fransanın Nim şəhərində, Xarici Legionun 2-ci Xarici Piyada Alayının yerləşdiyi hərbi hissədə çəkilib. Görüntüdə altı hərbçi keçmiş Rodeziyanın yaşıl-ağ bayrağı ilə poza verir.

İkinci foto isə Birləşmiş Ərəb Əmirliklərində çəkilib. Burada dörd fransız hərbçi “Leclerc” tankının qarşısında eyni bayraqla görüntülənib. Hər iki fotoda hərbçilərin hərbi formada olduğu bildirilir.

Rodeziya 1965-ci ildə birtərəfli qaydada müstəqilliyini elan etmiş və ağdərili azlığın hakimiyyəti altında olmuş, beynəlxalq səviyyədə tanınmamış dövlət idi. 1980-ci ildə ölkə Zimbabve adı ilə beynəlxalq səviyyədə tanınan müstəqil dövlətə çevrildi. Keçmiş Rodeziyanın simvolları sonradan bəzi ağdərili üstünlüyünü müdafiə edən və ifrat sağçı çevrələr tərəfindən mənimsənilib.

Fransa Silahlı Qüvvələr Nazirliyi fotolardakı hərbçilərin şəxsiyyətlərinin müəyyənləşdirildiyini təsdiqləyib. Nazirlik onların barəsində intizam prosedurunun başladıldığını və “ağır intizam sanksiyalarının” tətbiq ediləcəyini açıqlayıb.

Bir-birindən minlərlə kilometr uzaqda çəkilmiş iki fotoda eyni mübahisəli simvolun görünməsi Fransa ordusunda ciddi qalmaqala səbəb olub.//musavat.com

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*