Fransa səfirinin “Qarabağ” açıqlamasına Badalyan belə reaksiya verdibackend

Fransa səfirinin "Qarabağ" açıqlamasına Badalyan belə reaksiya verdi

Erməni siyasi şərhçi Akop Badalyan Fransanın Ermənistandakı səfiri Olivye Dekotininin “Telegram” kanalında Qarabağın statusu ilə bağlı son bəyanatını şərh edib.

KONKRET.az xəbər verir ki, diplomat bildirib ki, 2022-ci ildə Praqada Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınması ilə bağlı iddialar yalandır:

“Çünki Qarabağ Alma-Ata bəyannaməsindən sonra Ermənistan tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınıb. Bunun Praqa görüşünə heç bir aidiyyatı yoxdur”.

Badalyan bildirib ki, belə bir bəyanat səfirin Qarabağ hərəkatının bütün hüquqi trayektoriyasını və nizamlanma prosesini başa düşə bilməməsi ilə bağlıdır. Bununla belə, politoloq hesab edir ki, Fransanın rəsmi nümayəndəsi kimi Dekotini ilk növbədə öz ölkəsinin maraqlarından çıxış edir.

Açığı, Fransa səfirinin bu mövqeyi Ermənistan siyasi dairələrində qıcıq yaradıb. Bütün sahələrdə birmənalı Ermənistanı dəstəkləyən Fransa indi, Qarabağın Azərbaycanın tərkib hissəsi olmasını etiraf edir.

Erməni politoloqun fikirincə, Fransa səfirinin bu mövqeyi özünü vasitəçilik məsuliyyətindən kənarlaşdırmaq istəyi ilə bağlıdır. Paşinyan dəfələrlə 1991-ci il Alma-Ata bəyyanaməsini əsas gətirərək Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*