Fransa və Səudiyyə Ərəbistanı HƏMAS-ın hərbi qanadını ləğv etmək, lakin onu siyasi struktura çevirərək Qəzza zolağında müəyyən idarəetmə səlahiyyətlərini saxlamaq üçün plan hazırlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, Səudiyyə Ərəbistanının nümayəndələri artıq bu planı irəli aparmaq üçün HƏMAS-la təmas qurublar. Fransanın danışıqlarda iştirak edib-etmədiyi bəlli deyil. Qeyd edək ki, HƏMAS həm Avropa İttifaqı, həm də ABŞ tərəfindən terror təşkilatı kimi tanınıb.
Məlumata əsasən, HƏMAS-ın siyasi təsir imkanlarının qismən saxlanılması, təşkilatın silahdan könüllü şəkildə imtina etməsi ehtimalını artırır. Lakin İsrail bu ideyaya qarşı çıxa bilər. Təl-Əviv Qəzzadakı müharibədən sonra HƏMAS-ın tamamilə siyasi proseslərdən uzaqlaşdırılmasında israrlıdır.
Müşviq Tofiqoğlu,
KONKRET.az