Fransa Xarici İşlər Nazirliyi Suriyanın cənubundakı Sveyda (Sueyda) əyalətində baş verən döyüşlərlə bağlı narahatlığını ifadə edən yazılı bəyanat yayıb.
KONKRET.az xəbər verir ki, nazirlik bölgədəki son gərginlikləri ciddi narahatlıqla izlədiyini bildirib və bütün tərəfləri dərhal döyüşləri dayandırmağa, sakitliyi bərpa etməyə çağırıb.
Bəyanatda qeyd edilib ki, mülki şəxslərin təhlükəsizliyi təmin olunmalı, xüsusilə də bölgənin əsas etnik-dini qrupu olan druzlar və əhalinin digər təbəqələri arasında sülh bərpa edilməlidir.
“Birmənalı olaraq pislədiyimiz mülki əhaliyə qarşı yönələn zülmə dərhal son qoyulmalıdır”, – deyə açıqlamada vurğulanıb.
Qeyd edək ki, Suriya Müdafiə naziri, general-mayor Murhaf Əbu Kasr da dünən bölgədə vəziyyətlə bağlı xüsusi bəyanatla çıxış edib və dövlət qüvvələrinin orada nəzarəti gücləndirəcəyini açıqlayıb.
Aynurə İsmayıl
KONKRET.az