Fransa Baş naziri Sebastyan Lekornu bildirib ki, geniş yayılan iğtişaşlar səbəbindən ölkədə fövqəladə vəziyyət elan edilə bilər.
“Qafqazinfo” xəbər verir ki, bu haqda “RIA Novosti” agentliyi məlumat yayıb.
“Bu, ciddi məsələdir, o cümlədən onun tətbiqi baxımından. Buna görə də, zərurət yaranarsa, əlbəttə ki, bunu edə bilərik. Lakin hazırkı vəziyyətdə komendant saatının tətbiqi daha məqsədəuyğun görünür”, – hökumət başçısı qeyd edib.
Bir neçə saat əvvəl, ölkədəki iğtişaşlarla məşğul olan böhran qrupunun iclasından sonra Lekornu departament prefektlərinə bir sıra ərazilərdə komendant saatı tətbiq etmək barədə göstəriş verib. Bildirilir ki, bu tədbir digər məqsədlərlə yanaşı, həm də biznes obyektlərini qorumaq üçün Fransanın bəzi şəhərlərinin mərkəzi hissələrində qüvvədə olacaq.
