ABŞ Prezidenti Donald Tramp Fransada baş verən iğtişaşlarla əlaqədar Parisdə keçirilməsi planlaşdırılan NFL matçının təxirə salınmasını təklif edib.
KONKRET.az xəbər verir ki, “The Athletic” nəşrinin məlumatına görə, Tramp Fransadakı vəziyyətin ciddi olduğunu əsas gətirərək oyunun başqa vaxta keçirilməsinin mümkünlüyünü bildirib.
“Dəqiq bilmək istəyirsinizsə, NFL bu matçı təxirə sala bilər. Çünki Fransa həqiqətən də çətin vəziyyətdədir”, – deyə ABŞ prezidenti bildirib.
“New Orleans Saints” və “Pittsburgh Steelers” komandaları arasında qarşılaşma bazar günü “Stad de Frans” stadionunda keçirilməlidir. Oyunun Bakı vaxtı ilə saat 15:30-da başlaması planlaşdırılıb.
Qeyd edək ki, Parisdəki iğtişaşlar səbəbindən Fransa çempionatının VIII turunda bazar günü keçirilməli olan PSJ – “Lion” matçı da bazar ertəsinə təxirə salınıb.
Günay Əli
KONKRET.az
