Fransa hökuməti öz vətəndaşlarına İrana səfərdən yayınmağa çağırıb.
KONKRET.az xəbər verir ki, bu barədə Xarici işlər naziri Jan Noel Barrot Senatın Xarici Əlaqələr Komitəsinə verdiyi açıqlamada bildirib.
O qeyd edib ki, İranda özbaşına həbs və girov götürülmə riski çoxdur.
Barrot Fransa vətəndaşlarına İrana səyahət etməkdən çəkinməyi və artıq ölkədə olanları dərhal Tehrandan çıxmağı tövsiyə edib.
O, xüsusilə iki Fransa vətəndaşı Sesil Kohler və Jak Parisin hələ də İranda saxlanıldığını qeyd edərək, Tehran administrasiyasını “girov götürmə siyasəti” həyata keçirməkdə ittiham edib.
Aynurə İsmayıl