Fransanı 2025-ci ildə nə gözləyir?backend

Fransanı 2025-ci ildə nə gözləyir?

Fransa mətbuatı ölkəni uçruma sürükləyən hazırkı hakimiyyətin fəaliyyətini sərt tənqid edir. “Euroactiv” saytının dərc etdiyi yazı da bu barədədir. KONKRET.az həmin məqaləni təqdim edir. “Fransa 2024-cü ili ciddi siyasi və maliyyə böhranı ilə başa vurur. İki seçki, dörd hökumət dəyişikliyi və büdcə kəsirinin kəskin artması ölkəni son dərəcə çətin vəziyyətə salıb.  2025-ci il üçün perspektivlər də ürəkaçan deyil.

2023-cü ilin sonunda Fransa prezidenti Emmanuel Makron 2024-cü ilin “Fransa qüruru” ili olacağını söyləmişdi. Əvəzində o, Notr-Dam Katedralinin bərpadan sonra açılışını, Olimpiya Oyunlarını və Müttəfiqlərin Normandiyaya enişinin 80 illiyini qeyd etdi.

Bir il keçdi və fərqli reallıq gördük. Fransa vətəndaşları  siyasi böhranın şahidi oldu. Bu elə bir böhran idi ki,  miqyasına və əhəmiyyətinə görə misili görünməmişdi. Makronun koalisiyası Avropa seçkilərində böyük məğlubiyyətə uğradı. Sonrakı seçkilər nəticəsində prezidentin mərkəzçi koalisiyasında parlamentdəki yerlərin sayı 2017-ci illə müqayisədə 70% azalaraq 314-dən 93-ə çatdırıldı. Makronun  zəifləməsi artan borc və kəsir səviyyələri ilə müşayiət olundu. Keçmiş Baş nazir Mişel Barnierin hökumətin hesablarını düzəltmək səyləri etimadsızlıq səsverməsi ilə üzləşdi və bu, hökumətin 1962-ci ildən bəri ilk istefasına səbəb oldu.

2025-ci il isə Fransa üçün çətin il ola bilər.

 Bu yaxınlarda Fransada bir ildə dördüncü hökumət quruldu. Lakin ekspertlər hesab edirlər ki,yeni hökuməti də Barnierin kabinetinin aiqibəti gözləyir. Ehtimal olunur ki, yeni hökumət  fevrala qədər  təxirə salınan büdcə layihəsi ilə bağlı danışıqlardan sağ çıxa bilməz. 2025-ci ildə kəsiri ÜDM-in 5%-ə endirməyi hədəfləyən Barnier 60 milyard avroluq xərclərin azaldılması və vergi artımlarıyla şirinikləşdirici vəd verdi. Lakin bu, Fransanın 2029-cu ilə qədər 3%-dən aşağı hədəfə çata biləcəyini şübhə altına alacaq. Hələlik 2025-ci il üçün proqnozlaşdırılan rəqəm 6% -dir. Bu göstərici Aİ-də ən yüksək göstərici hesab olunur. Müzakirələrdə ifrat sağçıları sakitləşdirmək üçün 2025-ci ilin əvvəlində mümkün immiqrasiya qanun layihəsi də qeyd olunur. Marin Le Pen növbədənkənar prezident seçkilərinə hazırlaşır və qəti şəkildə bəyənmədiyi hökumətlə oyunlar oynamaq niyyətində deyil. O, seçkilərin martın 31-nə, yəni onun iştirak etdiyi iş üzrə məhkəmə prosesi başa çatana qədər baş tutması üçün əlindən gələni edəcək.   Fransanın baş naziri Fransua Bayru da rəhbərlik etdiyi MoDem partiyasının Aİ pullarını mənimsəməsi ilə bağlı hüquqi çətinliklərlə üzləşə bilər. 2024-cü ilin əvvəlində onun ən yaxın tərəfdaşlarından yeddisi  məhkəmədə təqsirli bilindi və Bayrou bəraət aldı. Parlamentdə davam edən xaosu nəzərə alaraq, Makron yalnız gələn ilin yayında yeni seçkilər təyin edə bilər.

Daxili qeyri-sabitlik

Özünə hörmət edən hər bir diplomat bilir ki, dünya siyasətinə təsir edən  ölkədə nizam-intizamın olması mühüm  şərtdir. Onlarla ekspert və analitik hesab edir ki,  Avropa seçkilərindən sonra Parisin Aİ-də təsir və nüfuzu xeyli zəifləyib. Makronun Aİ ilə Mercosur (Cənubi Amerika ölkələrinin ümumi bazarı) arasında genişmiqyaslı ticarət razılaşmasının qarşısını almaq üçün əlindən gələni edəcəyi gözlənilir.

“Euractiv”ə müsahibə verən  analitik Sebastien Maillard deyib: “Əgər Fransanın səyləri uğursuz olarsa, bu, Emmanuel Makrona siyasi zərbə deməkdir. Bütün Fransa onun siyasi sinfini  tənqid edir. Onlar Makronu bağışlamayacaqlar.”

Bu arada, Makron Ukrayna ilə bağlı danışıqların mərkəzində olmaq istəyir və artıq müharibə bitdikdən sonra Avropa sülhməramlı missiyası ideyasını irəli sürüb. Fransa prezidentlərinin daxili qeyri-sabitlik dövründə beynəlxalq səhnəyə çıxmaq vərdişinə uyğun olaraq, Makronun Brüssel, Berlin, Varşava və Romada tez-tez çıxış etməsini gözləyin.

Nəhayət, çox şey daxili sabitliyin  bərpasında  və 2025-ci il büdcəsinin nə dərəcədə ciddi olacağından asılıdır”.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*