Fransanın ardınca İtaliyada da aksiyalar başladı – ANBAAN VİDEO backend

Fransanın ardınca İtaliyada da aksiyalar başladı - ANBAAN VİDEO 

İtaliyada qiymət artımına qarşı kütləvi etiraz aksiyaları başlayıb.

KONKRET.az xəbər verir ki, bəzi şəhərlərdə nümayişlər polis ilə ciddi toqquşmalara çevrilir. Məlumata əsasən, Milan və Bolonya şəhərlərində etirazçılar polislə qarşıdurmaya giriblər. İğtişaşlar nəticəsində azı 60 nəfər xəsarət alıb.

Etirazçılar hüquq-mühafizə orqanlarının əməkdaşlarına daş və fişənglər atırlar. Onlar mağazaların vitrinlərini sındırır və iğtişaşlar törədirlər. Ticarət mərkəzində və küçələrdə partlayış səsləri eşidilib.

Polis gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edir. İlkin məlumatlara görə, hazırda təxminən 50 nəfər saxlanılıb. Onların bir çoxu yetkinlik yaşına çatmayan şəxslərdir.

Qeyd edək ki, hazırda Fransada da kütləvi etiraz aksiyaları davam edir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*