Beş il müddətinə azadlıqdan məhrum edilən Fransanın keçmiş prezidenti Nikola Sarkozi cəzasını karserdə çəkəcək.
KONKRET.az xəbər verir ki, AFP mənbələrə istinadən məlumat yayıb.
Sarkozi oktyabrın 21-dən Parisin cənubunda yerləşən Sante həbsxanasında saxlanılacaq. Hazırda bu, Fransa paytaxtında qalan yeganə həbsxanadır.