Futbolda qalmaqal: 152 hakim mərc oyunlarına pul qoyub…backend

Futbolda qalmaqal: 152 hakim mərc oyunlarına pul qoyub...

Türkiyədə futbol hakimlərinin mərc oyunlarında iştirak etmələri bəlli olub.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti İbrahim Hacıosmanoğlu məlumat verib.

O qeyd edib ki, aktiv hakimliklə məşğul olan 571 nəfərdən 371-nin mərc oyunlarına pul yatırmaq üçün hesablarının olduğu müəyyənləşib.

Eyni zamanda, 152 hakimin mərc oyunlarında pul qoyduqları təsdiqlənib.

TFF rəhbəri bildirib ki, TFF-nin Nizam-İntizam Komitəsi bu gündən etibarən lazımi işlərə başlayacaq və müvafiq cəzaları açıqlayacaq.

İ.Hacıosmanoğlu məsələ ilə bağlı FİFA və UEFA-ya da məlumat verdiklərini vurğulayıb.

Qeyd edək ki, qaydalara əsasən mərc oyunlarına pul qoyuluşu edən hakimlər 5 ilədək futbol matçlarını idarə etməkdən uzaqlaşdırıla bilərlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*