Füzulidə sürücü avtomobillə vurduğu piyadanın boğazını kəsdibackend

Füzulidə sürücü avtomobillə vurduğu piyadanın boğazını kəsdi

Füzuli rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə rayonun Balabəhmənli kəndində qeydə alınıb.

Belə ki, 1994-cü il təvəllüdlü Quliyev Ceyhun Nazim oğlu yolu keçərkən onu avtomobil vurub. Daha sonra avtomobilin sürücüsü yaralı gəncə yaxınlaşaraq onun boğazına və bədənin müxtəlif yerlərinə bir neçə bıçaq zərbəsi endirib.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə Füzuli rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona sağ bud sümüyünün yerdəyişən sınığı, boğaz, boyun, bel nahiyəsinin bıçaq yaraları diaqnozları qoyulub.

Yaralı əməliyyat olunub, vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

Qohumlarından əldə etdiyimiz məlumata görə C. Quliyev Birinci Qarabağ müharibəsində şəhid olan Nazim Quliyevin oğludur və hadisəni Müşviq adlı şəxs törədib. Faktla bağlı araşdırma aparılır./report/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*