Gecə “El-Klasiko” varbackend

Gecə “El-Klasiko” var

Bu gün İspaniya La Liqasında “El-Klasiko” oynanılacaq.

KONKRET.az xəbər verir ki, “Real” 32-ci turda “Santyaqo Bernabeu” stadionunda “Barselona” ilə qarşılaşacaq. Əzəli rəqiblərin dueli Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matçı Sezar Soto idarə edəcək.

Hazırda La Liqanın turnir cədvəlinə 78 xalla “Real” liderlik edir. “Barselona” isə 70 xalla 2-cidir.

Bu komandalar arasında İspaniya Superkuboku çərçivəsində keçirilən son oyunda Madrid təmsilçisi 4:1 hesablı qələbə qazanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*