Samuxda əkin sahəsindən meyit tapıldıbackend

Samuxda əkin sahəsindən meyit tapıldı

Samuxda əkin sahəsindən kişi meyiti tapılıb.

KONKRET.az xəbər verir ki, hadisə rayonun Qədili kəndində əkin sahəsində baş verib. Rayon sakini – 1963-cü il təvəllüdlü Y.Həsənovun meyiti qış otlaq üçün nəzərdə tutulan əkin sahəsindən aşkarlanıb. Dərhal hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib. Məlumata görə, Y.Həsənov ürəktutmasından ölüb.

Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertizanın Potoloji Anatomiya Birliyi Publik Hüquqi Şəxsin Gəncə şəhər şöbəsinə təhvil verilib.

Faktla bağlı Samux rayon prokurorluğunda araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*