Bu ölkədə GÜCLÜ ZƏLZƏLƏ – Sunami olacaq?backend

Bu ölkədə GÜCLÜ ZƏLZƏLƏ – Sunami olacaq?

İndoneziyada güclü zəlzələ baş verib.

KONKRET.az xəbər verir ki, yerli seysmoloji xidmətlərin məlumatına görə, yeraltı təkanlar Sumatra adası yaxınlığında qeydə alınıb. Zəlzələnin maqnitudası 5,6 bal təşkil edib.

Bildirilir ki, təbii fəlakətin episentri Şimali Sumatra ərazisində, Padangsidempuan şəhərindən təxminən 221 kilometr cənub-qərbdə yerləşib. Ocağın dərinliyi 37 kilometr olub.

İlkin məlumatlara əsasən, zəlzələ nəticəsində insan tələfatı və ciddi dağıntılar qeydə alınmayıb. Rəsmi qurumlar tərəfindən sunami təhlükəsi elan edilməyib.

Qeyd edək ki, İndoneziya dünyanın ən aktiv seysmik zonalarından biri sayılan Sakit okeanın “Alov halqası” üzərində yerləşir. Bu səbəbdən ölkədə tez-tez zəlzələlər və vulkan püskürmələri müşahidə olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*