Maşın hissələrini oğurlayan şəxs saxlanılıb.
KONKRET.AZ-ın şimal bölgə müxbirinin verdiyi məlumat görə, Xaçmazın Yergüc kəndində oğurluq hadisəsi baş verib.
1983-cü il təvəllüdlü Yergüc kənd sakini Tural Mütəllimov gecə bir neçə kamazın akkumulyator hissəsini oğurlayıb. Həmin şəxs kənd ərazisində olan traktorun akkumulyatorun da ələ keçirmək istəyib. Lakin məqsədinə nail ola bilməyib.
Eyni gündə kənddə avtobusun akkumulyator və radiator hissələri də oğurlanıb.
Bu tip oğurluq hadisələri kənddə əvəllər də qeydə alınıb.
Faktla bağlı Xaçmaz RPŞ-də araşdırma aparılır.
Müxbir: Günel MÜSEYİB, Cəlal FƏRZƏLİYEV