Gədəbəydə qadını bıçaqlayan şəxs saxlanıldı – YENİLƏNİBbackend

Gədəbəydə qadını bıçaqlayan şəxs saxlanıldı - YENİLƏNİB

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib ki, Gədəbəy rayon Polis Şöbəsinə rayon sakini Mehri Cəfərovanın boğaz nahiyəsindən bıçaq xəsarəti alaraq xəstəxanaya müraciət etməsi barədə məlumat daxil olub.

KONKRET.az-ın məlumatına görə, müvafiq araşdırmalardan sonra məlum olub ki, M. Cəfərovanı ailə münaqişəsi zəminində, 1959-cu il təvəllüdlü həyat yoldaşı Vaqif Cəfərov bıçaqlayıb.

Şübhəli şəxs saxlanılıb, yaralıya isə tibbi yardım göstərilərək evə buraxılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

Gədəbəy rayonunda bıçaqlanma hadisəsi baş verib. 

KONKRET.az xəbər verir ki, Düzyurd kənd sakini, 1964-cü il təvəllüdlü Mehri Cəfərova bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Xəstə dərhal əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*