Gələn ilin inflyasiya proqnozu AÇIQLANDIbackend

Gələn ilin inflyasiya proqnozu AÇIQLANDI

Hazırda illik inflyasiya proqnozlaşdırılan trayektoriyaya yaxın hərəkət edir.

KONKRET.az bildirir ki , bu barədə milli.az-a Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Bildirilib ki, 2025-ci ilin sentyabrında 12 aylıq inflyasiya 5.7% təşkil edib. İllik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 7.9%, ödənişli xidmətlər üzrə 5.3%, qeyri-qida məhsulları üzrə isə 2.4% təşkil edib. İllik baza inflyasiya 4.9% olub.

Baza ssenarisinə əsasən, 2025-ci ilin sonuna və 2026-cı ildə illik inflyasiyanın hədəf daxilində olacağı proqnozlaşdırılır. Belə ki, baza ssenarisi üzrə oktyabr proqnozlarına görə illik inflyasiyanın 2025-ci ildə 6%, 2026-cı ildə isə 5.7% olacağı gözlənilir. İnflyasiya proqnozunun yuxarıya doğru dəyişdirilməsi, əsasən təklif amilləri ilə bağlıdır.

“Ötən iclasdan sonra inflyasiyanın risklər balansında nəzərəçarpan dəyişiklik baş verməyib. Qlobal ticarət mühitindəki qeyri-sabitlik əmtəə və maliyyə bazarlarında dalğalanmaları davam etdirir. Əsas xarici risk mənbəyi olan idxal qiymətlərinin daxili inflyasiyaya təsiri ticarət tərəfdaşlarında inflyasiya prosesləri və nominal effektiv məzənnənin dinamikası ilə bağlıdır. Daxili risk faktorları ilə bağlı qeyd olunmalıdır ki, yenilənmiş proqnozlar növbəti dövrdə inflyasiyanın, əsasən, təklif – xərc amilləri hesabına formalaşacağını göstərir. 2026-cı ilə dövlət büdcəsinin ilkin parametrləri və kredit qoyuluşlarının illik artımının səngiməsi məcmu tələbin izafi artımı riskini azaldır”, – deyə məlumatda qeyd edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*