“Gəncə terrorunun təqsirkarları ilə bağlı tədbirlər davam etdirilir” – Baş Prokurorluqbackend

"Gəncə terrorunun təqsirkarları ilə bağlı tədbirlər davam etdirilir" - Baş Prokurorluq

Baş Prokurorluq İkinci Qarabağ müharibəsində Ermənistan Silahlı Qüvvələrinin Gəncə şəhərini növbəti dəfə raket atəşinə tutmasının ildönümü ilə bağlı məlumat yayıb.

Qurumun mətbuat xidmətindən KONKRET.az-a daxil olan məlumatda deyilir:

“Ermənistan Silahlı Qüvvələri tərəfindən sülh və insanlıq əleyhinə cinayətlər törədilməklə mülki əhalinin sıx yaşadığı Azərbaycanın 2-ci böyük şəhəri olan qədim Gəncə raket atəşinə tutulub. Təqsirkar şəxslərin beynəlxalq müstəvidə məsuliyyətə cəlb edilməsindən ötrü lazımi tədbirlərin görülməsi davam etdirilir. Gəncə şəhərinin ağır artilleriyadan atəşə tutulması nəticəsində həlak olmuş soydaşlarımızı hörmətlə anırıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*