Gəncədə ağır qəza: Xəsarət alanlar varbackend

Gəncədə ağır qəza: Xəsarət alanlar var

Gəncədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, qəza şəhərin Avtozavod qəsəbəsinə gedən yolda baş verib.

Hərəkətdə olan “VAZ 2106” markalı minik avtomobili ilə “Mercedes” markalı mikroavtobusun toqquşması nəticəsində minik maşınında olan iki nəfər ağır xəsarətlər alaraq Gəncənin xəstəxanalarından birinə aparılıblar.

Şahidlərin sözlərinə görə, qəzanın baş verməsinə yüksək sürət səbəb olub. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Mikroavtobusda yaralananlar bunlardır: 1992-ci il təvəllüdlü J.Zeynalova, 1973-cü il təvəllüdlü M.Abbasova və 1964-cü il təvəllüldü Z.Orucova.

“VAZ 2106”da yaralananların kimliyi hələlik məlum deyil. Onların vəziyyəti ağır olub. (Bizim.Media)

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*