13.10.2025-ci il tarixində saat 19:20 radələrində 3 nəfər (1 qadın, 2 kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
KONKRET.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib kİ, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.
Dəqiqləşdirilməmiş kəllə-beyin travması, sağ said sümüklərinin sınığı, sol qaşın çapılmış yarası diaqnozu təyin edilən 1968-ci il təvəllüdlü şəxsin (qadın) müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti orta ağırdır.
Vəziyyətləri qənaətbəxş qiymətləndirilən 2 nəfər isə ambulator müalicə üçün evə buraxılıb.