Gəncədə dəm qazından zəhərlənənlər evə buraxıldıbackend

Gəncədə dəm qazından zəhərlənənlər evə buraxıldı

TƏBİB oktyabrın Gəncədə dəm qazəndan zəhərlənməyə dair məlumat yayıb.

KONKRET.az xəbər verir ki, toksik təsir diaqnozu təyin edilən 3 nəfərə Uşaq Xəstəxanasının Təcili tibbi yardım şöbəsində, 1 nəfərə isə Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsində zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

Xatırladaq ki, zəhərlənənlər bir ailənin dörd üzvü, o cümlədən ana və 3 azyaşlı övladıdır: 1992-ci il təvəllüdlü Ə. Səmədova, eləcə də onun övladları – 2016-cı il təvəllüdlü N. Səmədova, 2015-ci il təvəllüdlü N. Səmədov və 2025-ci il təvəllüdlü N. Səmədova.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*