Gəncədə narkotik satanlar TUTULDUbackend

Gəncədə narkotik satanlar TUTULDU

Gəncədə narkotik satan şəxslər saxlanılıb.

DİN Mətbuat xidmətinin Gəncə regional qrupundan KONKRET.az-a verilən məlumata görə, əvvəllər məhkum olunmuş şəhər sakini Anar Məmmədov Gəncə ŞBPİ əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərindən və yaşadığı fərdi yaşayış evindən külli miqdarda narkotik vasitə olan “heroin” aşkar edilib.

Əvvəllər məhkum olunmuş şəhər sakini İlham Hümbətovun şəxsin üzərinə baxış keçirilən zaman külli miqdarda narkotik maddə olan “heroin” aşkar edilib. Şəhər sakini Eşqin Əliyev saxlanılan zaman üzərindən narkotik maddə olan “heroin” aşkar edilib.

Aşkar edilən faktlar üzrə cinayət işləri başlanılıb, faktlarla bağlı araşdırmalar davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*